Gəncədə zəncirvari avtoqəza olub, ölən və xəsarət alanlar var

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2115", "Mercedes" və "Hyundai" markalı minik maşınları toqquşub. Qəza zamanı 1980-ci il təvəllüdlü İsayeva Hicran Nurəddin qızı dünyasını dəyişib, 1973-cü il təvəllüdlü Mirzəyev Ceyhun Arif oğlu, 1983-cü il təvəllüdlü Hüseynova Zəminə Arif qızı və 1994-cü il təvəllüdlü Əkbərov Əruz Azər oğlu isə xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv