Gəncədə zəncirvarı qəza baş verib
Gəncədə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Hadisədə iki "Mercedes" markalı minik maşını, iki "VAZ 2107" və "Ford" " markalı yük maşını toqquşub. Avtoqəza zamanı avtomobillərə ciddi ziyan dəyib. Yüngül xəsarət alanların olduğu bildirilir. Qəzaya səbəb avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.