Gəncədə zəncirvari qəza olub

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107", "Hyundai " və “Opel" markalı minik avtomobiləri toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ziya dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır

 

Fuad Nazimoğlu,  Mehdi Məmmədov, APA TV, Gəncə

 

Müəllif | Apa.Tv
Apa.tv