Gəncədə zəncirvari yol qəzası baş verib
Gəncədə zəncirvari yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ-2106”, “Mercedes” və “NAZ-Lifan” markalı avtomobillərin iştirakı ilə baş verən zəncirvari qəzada iki nəfər xəsarət alıb. Xəsarət alanlar sürücülərdir.
Qeyd edək ki, “Mercedes”in sürücüsü avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.