Gəncədəki davanın qan donduran TƏFƏRRÜATLARI - APA TV

Qonşular arasında düşən dava qanla nəticələnib. 
APA TV-nin xəbərinə görə, hadisə Gəncənin Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, iki qonşu arasında dava düşdüyünü görən 70 yaşlı Alim Məmmədov onları ayırmağa çalışıb. Bu zaman 27 yaşlı Orxan Nağıyev “VAZ 2107” markalı avtomobillə Alim Məmmədovu və 65 yaşlı Səlminaz Bağırovanı vurub. Alim Məmmədov xəstəxanaya aparılarkən dünyasını dəyişib. 
Əməkdaşlarımız hadisə yerinə yollanaraq davanın hansı səbəbdən baş verməsini araşdırıblar.
Şahidlərin sözlərinə görə, davaya 2 qonşu – Tağıyevlər və Bağırovlar ailəsi arasında günlərdir davam edən mübahisə səbəb olub. Günorta saatlarında başlayan və qismən səngiyən dava gecə saatlarında yenidən alovlanıb. İddiaya görə, Orxan Nağıyev qonşusu Vaqif Tağıyevin həyat yoldaşı Rəsmiyə Əfəndiyevanı vurmaq istəyib
Qonşuların sözlərinə görə, bıçaq, balta, ağac hətta beldən istifadə olunan davada bir neçə nəfər də xəsarət alıb. 
Qeyd edək ki, xəsarət alan Səlminaz Bağırova hadisəni törədən Orxan Nağıyevin  qaynanası, dünyasını dəyişən isə davanın səsinə çölə çıxan qonşusudur. Davadan sonra Orxan Nağıyev, qarşı tərəfdən isə Vaqif Tağıvev saxlanılıb.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə 
 

Müəllif | Apa.Tv
Apa.tv