Gəncədən avtomobil oğurlayan Mingəçevir sakini yaxalandı
Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, fevralın 20-də gecə saatlarında şəhərin Gülüstan qəsəbəsi ərazisindən, şəhər sakini Turan Hacıyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə polisə müraciət daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Mingəçevir sakini, əvvəllər məhkum olunmuş, 32 yaşlı Məhəmməd Abbasov olduğu müəyyən edilib.
Məhəmməd Abbasov şübhəli şəxs qismində tutulub. İlkin dindirilmə zamanı o, nəqliyyat vasitəsini qaçırdığını etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.