Gəncənin giriş-çıxışlarında polis postları yaradılıb

Ölkənin hər yerində olduğu kimi, Gəncə şəhərində də xüsusi karantin rejiminə əməl edilməsi istiqamətində reydlərə başlanılıb.

 

Gəncə şəhər Baş Polis İdarəsi və bu qurumun tabeli əməkdaşları, həmçinin Daxili Qoşunların şəxsi heyəti ilə birgə təşkil olunan reydlərdə şəhər sakinlərinin karantin qaydalarına necə əməl etməsi yoxlanılıb.

 

Xüsusi karantin rejimi ilə bağlı Gəncə şəhərinə giriş-çıxışlar da nəzarət altına alınıb.

 

Postlar ölkənin ikinci böyük şəhərinin Qazax-Şəmkir, Bakı, Daşkəsən Samux və Göygöl rayonları istiqamətində yaradılıb. Daxili İşlər Nazirliyi növbəti dəfə vətəndaşlara xəbərdarlıq edir ki, zərurət olmadığı təqdirdə, yaşadıqları yeri tərk etməsinlər.

Müəllif | Apa.Tv
Apa.tv