Gəncənin icra başçısı Ermənistanın raket zərbələri nəticəsində evləri dağılan sakinlərlə görüşdü

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raket nəticəsində evləri dağılan şəhər sakinləri ilə görüşüb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, icra başçısı hadisə baş verən əraziyə və dağılmış evlərə baxış keçirib, sakinlərin problemləri ilə maraqlanıb.

 

Görüşdə icra başçısı bildirib ki, düşmənin atdığı raket nəticəsində evləri dağlan hər kəs yeni evlərlə təmin olunacaq.

 

Niyazi Bayramov erməni terroru nəticəsində zərərçəkən hər bir şəxsin Prezidentimiz, Ali Baş Komandanın, eləcə də I vitse-prezidentimizin diqqətində olduğunu qeyd edib.

 

Xatırladaq ki oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə ərazisinə atılan növbəti raket nəticəsində bir neçə ev tamamilə dağılıb. 14 nəfər dinc sakin həlak olub, 54 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv