Gəncənin mərkəzində ev yandı

Gəncədə yaşayış binasında yanğın olub.

APA TV-nin qərb bürosunun məlumatına görə, yanğın Fikrət Əmirov küçəsində yerləşən 5 mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzildə qeydə alınıb.

Binanın sonuncu mərtəbəsində yaşayış olmayan evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 5 yanğınsöndürən maşını və 30-dan artıq canlı qüvvəsi cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qonşu mənzillərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

 

İlkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısa qapanma səbəb olub.

Qeyd edək ki yanğın baş verən evdə yaşayış olmayıb. Hadisədən də qonşular xəbər tutub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv