Gəncəyə ilk qar yağıb
Gəncə sakinləri səhəri yuxudan sevinclə oyunıblar.Belə ki şəhərə illin ilk qar yağması sakinlərə əhval-ruhiyyə bəxs edib.Böyükdən kiçiyə hər kəs çölə çıxaraq təz hava (gəzirlər)qəbul edirlər.Kimisi qışın müjdəsi olan qardan qar adamı düzəldir,kimisi isə qar topu oynayır.Gəncəyə mövsümün ilk qar yağması daha çox balacaların ürəyincə olub. Qarın yağmasına yaşlı nəslin nümayəndələrində sevindirib.Onlarda öz nəvələrini qaralı havada gəzməyə çıxardıb. Gecə saatlarında yağmağa başlayan qar səhərə qədər şəhəri ağ örpəyə bürüyüb.Qarın yağması n şəhər ərazində hələlik nəqliyyatın hərəkətində heç bir çətinlik yaratmayıb.Yollarda nəqliyyatın hərəkəti normal şəkildə davam edir.Bundan başqa şəhərdə elektirk enerjinin,təbbi qazın və suyun verilməsində fasilə yaranmayıb.Soyuq və qarlı hava şəraiti şəhərin kommunal təsərrüfatına ziddi problemlər yaratmayıb. Qeyd edək ki Yanvarın 13-cü axşam saatlarından başlayaraq respublika ərazisində o cümlədən qərb bölgəsində hava şəraiti dəyişərək qar yağmağa başlayıb. Göygöl, Daşkəsən və Gədəbəy rayonlarına da qar yağıb.
Fuad Nazimoğlu Elşad Cəfər APA TV Gəncə