Gəncəyə yağan güclü yağış fəsadlar törətdi – APA TV

Gəncəyə yağan güclü yağış fəsadlara səbəb olub. Sel şəhərin Məshəti qəsəbəsində həyatı iflic edib.

Qəsəbə sakinlərinin sözlərinə görə, hər dəfə güclü yağış yağanda buralar gölə dönür. Problemlə bağlı dəfələrlə adiyyəti qurumlara məlumat verilsə də, heç bir tədbir görülməyib.

Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzinin əməkdaşları evlərin zirzəmilərinə dolan suyun çəkilməsi istiqamətində iş aparırlar. Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri sabit hava şəriti höküm sürür.

FUAD NAZİMOĞLU

Müəllif | Apa.Tv
Apa.tv