Gəndob-Yalama yolunda maşın ağaca çırpılıb - XƏSARƏT ALANLAR VAR

Bu gün Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Xaçmazın Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. BMW markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. 

Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv