General-leytenant rektor təyin edildi

Milli Müdafiə Universitetinə rektor təyinatı olub. APA TV-nin xəbərinə görə, professor, general-leytenant Heydər Piriyev universitetə rektor təyin edilib. Qeyd edək ki, general-leytenant Heydər Piriyev indiyədək yeni yaradılan Milli Müdafiə Universitetinin rektor əvəzi kimi çalışıb. O, bundan əvvəl Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi olub. Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.

Müəllif | Apa.Tv
Apa.tv