General Polad Həşimov haqqında kitab nəşr olundu - PULSUZDUR
General Polad Həşimov haqqında kitab hazırlanıb.
APA TV-nin məlumatına görə, bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu bildirib.
"Polad Generalımız" adlı kitab “Qanun” nəşriyyatı tərəfindən çap olunub.
“Kitabı sabahdan nəşriyyatdan əldə edə bilərsiniz. Kitabı 2000 ədəd tam rəngli nəşr etdik, pulsuzdur. Çox istərdim ki, məktəblilər, gənclər əldə etsin”, - deyə Şahbaz Xuduoğlu qeyd edib.
Kitabın "Ön sözü"nün müəllifi də Şahbaz Xuduoğludur.