General-polkovnik Daxili Qoşunların hərbi hissəsinə gedib

Daxili İşlər naziri Vilayət Eyvazov Sumqayıtda Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi hissəsində olub.

 

APA TV-nin DİN-ə istinadən məlumatına görə, nazir hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlığı ilə maraqlanıb, həmçinin silah təminatı, avtomobil və zirehli texnika parkını nəzərdən keçirib.  


V.Eyvazov şəxsi heyət qarşısında çıxış edib, hərbi qulluqçulara tapşırıq və tövsiyələrini verib.


Sonda hərbi hissənin şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçib.

Müəllif | Apa.Tv
Apa.tv