General-polkovnik Tofiq Ağahüseynov vəfat edib

Görkəmli hərbi və dövlət xadimi, Böyük Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov vəfat edib.

Bu barədə APA TV-yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi T.Ağahüseynovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

 

Müəllif | Apa.Tv
Apa.tv