Generallar Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxılıb

Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

 

APA TV-nin məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmr imzalayıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.

Müəllif | Apa.Tv
Apa.tv