Gizli keçirilən toyda iştirak edən 50-yə yaxın şəxs cərimələndi - XAÇMAZDA
Xaçmazda gizli şəkildə keçirilən toy məclisinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman restoranlardan birində gizli şəkildə toy mərasiminin keçirildiyini aşkar ediblər.
Şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb, məclisin təşkilatçısı və orada iştirak edən 50-yə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Məclis iştirakçılarından 19 nəfər barəsində cərimə protokolu tərtib olunub, qadınlar və azyaşlılarla isə profilaktiki söhbətlər aparılaraq karantin rejimi qaydalarına riayət etmələri barədə məlumat verilib.