Gizli şəkildə “playstation” işlədən sahibkar və müştəriləri cəzalandırıldı

Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “playstation” oyun zalı aşkar edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində paytaxt sakini Cəlal Cabbarlının “playstation” salonu işlətdiyi məlum olub.

 

Obyektə baxış zamanı  daha iki nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib.

 

Polis Şöbəsinə gətirilən Cəlal Cabbarlı və müştəriləri barəsində inzibati qaydada cəzalandırılıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv