“Goalissimo” milli futbol turnirinin püşkatma mərasimi keçirilib
Ölkəmizdə həvəskar futbol yarışlarına marağın günü-gündən artması nəzərə alınaraq, həvəskarlar üçün mini futbol yarışları təşkil olunur. Həmin turnirlərdən biri də “Goalissimo” mini futbol yarışıdır. Belə ki, 2022-ci il, mayın 22-də keçirilməsi planlaşdırılan yarışlar üçün püşkatma mərasimi artıq baş tutub. Turnir AFFA-nın təşkilatçılığı və “CBC Sport”un dəstəyi ilə keçirilir.
“Bu gün 16 şirkətin iştirakı ilə püşkatma mərasimi keçirildi. “Goalissimo” milli futbol turniri 4 qrupdan ibarətdir. Hər qrupda dörd komanda iştirak edəcək. Hər qrupdan 3 komanda çıxmaq şərtilə qrup liderləri 1/4-ə yüksələcək. İki və üçüncü yeri tutmuş komandalar isə 1/8-də mübarizə aparacaq”.
Qeyd edək ki, “Goallisimo” mini futbol yarışı 2 ay davam edəcək və sonda qaliblərə kubok, medallar və pul mükafatları təqdim olunacaq.
AFFA-nın dəstəyi ilə baş tutacaq yarışın əsas məqsədi aktiv həyat tərzini təbliğ etmək, həmçinin futbola həvəsi daha da artırmaqdır.
Mir Çingiz Ağazadə
Xəyal İskəndərov
APA TV