Goranboy sakini velosipedlə qəza törədərək ölüb
Goranboy sakini velosipeddən yıxılaraq dünyasını dəyişib.
APA TV xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində baş verib. 17 yaşlı Səməd Məmmədov hərəkətdə olarkən qəfildən idarəetməni itirərək velosipedi aşırıb.Yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Xəstəxanasına çatdırlıb. Kənd sakini xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.