Goranboyda 18 yaşlı qızı maşın vurdu

 

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin məlumatına görə, hadisə Goranboy-Borsunlu yolunun Veyisli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü rayon sakini İlahə Zahid qızı İsmayılova yolu keçmək istəyərkən onu “VAZ-2106” markalı avtomobil vurub. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv