Goranboyda 76 yaşlı kişi gəlinini qətlə yetirdi
Goranboyda qətl baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.
76 yaşlı kənd sakini Qasım İsgəndərov ailə münaqişəsi zəminində 39 yaşlı gəlini Samirə Məmmədovaya 5 bıçaq zərbəsi vurub. Yaralı qadın xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törəndən 76 yaşlı qayınata hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, hadisə zamanı Samirə Məmmədovanın qızı da yanında olub.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb.