Goranboyda baş vermiş qəzada 3 nəfər yaralanıb

Goranboyda ağır yol qəzası baş verib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına əsasən, hadisə Goran-Qızılhacılı avtomobil yolunda qeydə alınıb.

"BMW" və "VAZ 21011" markalı maşınlar toqquşub. Nəticədə müxtəlif bədən xəsarətləri alan 3 yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzada avtomobillərdən biri hərəkətsiz vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv