Goranboyda ev yanıb, 44 yaşlı kişi xəsarət alıb
Goranboyda evdə baş verən yanğın nəticəsində 44 yaşlı kişi xəsarət alıb.
APA TV-nin verdiyi məlumata görə, hadisə rayonun Borsunlu kəndində baş verib.
Belə ki, 4 otaqlı evin 1 otağının qamışdan ibarət tavan hissəsi 10 kvadratmetr sahədə yanıb.
Hadisə yerinə Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib və alovun qarşısı alınaraq söndürülüb.
Hadisə zamanı ev sahibinin qohumu, 44 yaşlı Yaşar Ələkbərov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən zərərçəkənə tibbi yardım göstərilib.
Yanğının səbəbləri araşdırılır.