Təzə aldığı “Oka” Bakıya çatmadı - SƏBƏB

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, Nizami kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Qasımovun idarə etdiyi “Oka” markalı minik maşını ilə “Mercedes” markalı avtomobil toqquşub. Zərbədən “Mercedes” yoldan çıxaraq aşıb.

Nəqliyyat vasitələri yararsız hala düşüb. Qeyd edək ki, Ramin Qasımov avtomobili Gəncədən alıb Bakıya qayıdırmış.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv