Goranboyda iki "Jiquli" toqquşdu
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Tofiq İsmayılov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə onun avtomobili Hikmət Qurbanovun idarə etdiyi "VAZ-2107" markalı minik maşınına çırpılıb.
Qəza zamanı hər iki avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.