Goranboyda kafedə yanğın olub
Goranboyda kafe yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Kənddə yerləşən kafedə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.
Yanğının səbəbləri araşdırılır.