Goranboyda karantin rejimini pozan 3 obyekt sahibi və 38 vətəndaş cərimələnib

Goranboyda karantin rejimini pozan 3 obyekt və 38 vətəndaş cərimələnib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, Goranboy rayonu ərazisində karonavirus pandemiyası önləmləri ilə bağlı karantin rejimi daha da gücləndirilib. Rayonun giriş-çıxış hissələrində yerləşən müvəqqəti nəzarət məntəqələrində və ümumən yaşayış məntəqələri ərazisində karantin rejiminin tələblərinə riayət etməyən  ticarət obyektləri və vətəndaşlara qarşı hüquqi tədbirlər görülür.

 Artıq 3 obyekt və 38 vətəndaş barəsində fərdi qaydada inzibati hüquqi ölçü götürülüb. Cəzalandırıllan obyektlər  mağaza kafe və çay evidir.

Qarşıdakı günlərdə karantin rejimini pozan şəxslər barəsində daha sərt hüquqi ölçü götürüləcək.

 

 

Müəllif | Apa.Tv
Apa.tv