Maşın məktəblini vurdu, ölkənin əsas magistralı bağlandı - GORANBOYDA

Goranboyda yol-nəqliyyat hadisəsi qeydə alınıb.


APA TV-nin qərb bürosunun məlumatına görə, qəza Borsunlu kəndi ərazisində baş verib.

 

“Daewoo” markalı avtomobil məktəblini vurub.

2004-cü il təvəllüdlü Gülzarə Afiq qızı Əhmədova ağır xəsarətlərlə Goranboy Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qəzadan sonra kənd sakinləri yolu bağlayıb. Bakı-Qazax magistralında bir müddət tıxac yaranıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv