Goranboyda mikroavtobus piyadanı vurub öldürdü
Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.
Tovuz rayon sakini Röyal Abbasov idarə etdiyi "Mercedes VİTO" markalı mikroavtobusla Bakı istiqamətdə olarkən yolu keçmək istəyən orta yaşlı kişini vurub. Yaralı sürücü tərəfindən Gəncə şəhər təcilli tibbi yardım xəstəxanasın reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Piyadanın kimliyi dəqiqləşdirilir.
Hadisəni törədən sürücü avtomobili ilə birlikdə saxlanılıb və ifadəsi alınıb. Faktla bağlı araşdırma aparılır.