Goranboyda minik maşını ilə yük maşını toqquşdu, xəsarət alan var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib, minik maşını ilə yük maşını toqquşub.

APA Tv-nin qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun, rayonun “Dəliməmmədli” şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Nizami kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Vasif Xasay oğlu idarə etdiyi “VAZ 2106” markalı minik maşını hərəkətdə olan zaman  “KamAZ” markalı yük maşınına arxadan çırpılıb.

Qəza nəticəsində, sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sürücünün vəziyyətinin kafi olduğu bildirilir.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv