Goranboyda minik maşını yük maşını ilə toquşub
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
APA Tv-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nadirkənd kəndindən keçən hisssəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə "VAZ-2106"nın sürücüsü, 1961-ci il təvəllüdlü Həsənov Nazim Məhəmməd oğlu ağır xəsarət alıb.
Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. İlkin etimala görə, qəzaya səbəb yüksək sürət olub.
Faktla bağlı araşdırma aparılır.