Goranboyda minik və yük maşınları toqquşdu – AVTOMOBİLLƏRƏ ZİYAN DƏYDİ
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli-Qırıxlı avtomobil yolunda qeydə alınıb.
Belə ki, Eldəniz Teymurov idarə etdiyi “QAZ-3110” markalı minik maşına ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarında dayanan “Hundai” markalı yük maşınına çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
APA TV