Goranboyda minik və yük maşınları toqquşdu – İKİ YARALI
Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Goranboy-Borsunlu yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.
Su daşıyan yük maşını ilə “Toyota Prado” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.