Goranboyda oğurluq edən keçmiş məhkumlar tutuldu
Goranboyun Boluslu kəndində oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Məmmədov, tanışları - əvvəllər də məhkum olunmuş Qüdrət Cəfərov və Ruslan Məmmədovla qabaqcadan əlbir olaraq, yaxın qohumuna məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan iki min manat nağd pul və 2350 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.