Goranboyda örüşdə top mərmiləri tapıldı

Goranboy rayonu ərazisində top mərmiləri tapılıb.

APA TV-nin Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) istinadən məlumatına görə, sursat rayonun Qaramusalı kəndində, Qarasu adlanan ərazidə aşkarlanıb.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd top mərmisi - 2 ədəd 152 mm-lik OF-29 və 1 ədəd 122 mm-lik OF-56 aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv