Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

 

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA -TV nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən Gəncə şəhər sakini, 1947-il təvəllüdlü Mirzə Kazımovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarışları tədbirləri zamanı piyadanı vuran avtomobillin Chevrolet Cruze marakl minik maşını olması müəyən edilib.Avtomobil DYP əməkdaşları tərəfində saxlanılaraq duracağa qoyulub,sürücü isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv