Goranboyda polis gücləndirilmiş iş rejimində işləyir
Goranboyda polis gücləndirilmiş iş rejimində işləyir.
APA Tv-nin yerli bürosunun məlumatına görə, Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirirlər. Mart ayının 27-i səhər saatlarından etibarən xüsusi rejimin tələblərinə uyğun olaraq rayona giriş-çıxış məhdudlaşdırılıb.
Polisin apardığı yoxlamalar zamanı istisna hallarda bəzi nəqliyyat vasitələrinin rayona giriş çıxışına icazə verilib. Nazirlər kabinetinin müvafiq qərarına əsasən zərurət yarandığı halda bəzi avtomobillərin giriş-çıxışına heç bir məhdudiyyət qoyulmur.Rayon polis şöbəsinin əməkdaşları küçə və prospektlərdə, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə səslənərək mümkün qədər evdə qalmağa, özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atmamağa çağırıblar.