Goranboyda qatar 3 yaşlı uşağı vurub öldürdü

Goranboyda qatar 3 yaşlı uşağı vuraraq öldürüb. 


APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Muzdurlar kəndi ərazisində qeydə alınıb. 
Elektrovoz 2017-ci il təvəllüdlü Zeynəb Məmmədhəsənovanı vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib. 


Hadisənin səbəbləri araşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv