Goranboyda qəzada 4 qadın xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

İki avtomobillin toqquşması zamanı 4 qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv