Goranboyda qəzada xəsarət alan qadın xəstəxanada ölüb

Goranboyda minik maşının işıq dirəyinə çırpılması zamanı xəsarət alan qadın müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Ölən qadın 63 yaşlı Səkinə İsgəndərovadır. Qadın bu gecə xəstəxanada ölüb.

 

Qeyd edək ki, qəza yanvarın 1-də Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə 5 nəfər xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv