Goranboyda sel həyatı iflic etdi
Goranboyda güclü yağışdan sonra sel gəlib.
APATV nın yerli bürosunun məlumatına görə, bu gün saat 15:00 radələrində rayonun Ağcakənd qəsəbəsinə güclü sel gəlib. Sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb. Məlumata görə sel qəsəbədə bir neçə avtomobili aparıb. 20-dən artıq evi su basıb.
Hazırda yağışlı hava şəraiti davam edir.
Fuad Nazimoğlu, APA TV