Goranboyda sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb
Goranboyda sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb.
APA Tv-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə Goranboyun “Dəlməmmədli” şəhəri yaxınlığında qeydə alınıb. Əhmədov Elşən Məzahir oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobili ağaca çırpıb. Araşdırma zamanı məlum olub ki, sürücü sükan arxasında infarkt keçirib və bunun nəticəsində avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Faktla bağlı araşdırma aparılır.