Goranboyda “VAZ-2107” idarəetmədən çıxaraq aşıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətə olan “VAZ-2107” markalı avtomobil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və sərnişin yüngül xəsarət alıb. Avtomobil isə yararsız hala düşüb. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv