Goranboyda xeyli sayda silah-sursat tapıldı
Goranboyda silah-sursat aşkarlanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, belə ki, Xocalı Polisinə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində körpünün altında silah-sursat olması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə gedən polis əməkdaşları oradan xeyli sayda silah-sursat aşkar edərək götürüblər.
Faktla bağlı araşdırma aparılır.