Goranboyda yaşayış evində yanğın olub
Goranboyda yaşayış evində yanğın baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.
Kənd sakini Vurğun Əmrahova məxsus yaşayış evində qəfildən yanğın başlayıb. Hadisə yerinə dərhal FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Yanğın zamanı evin bəzi əşyaları yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub və yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.
Fuad Nazimoğlu
APA TV Goranboy