Goranboyda yük maşını minik avtomobillərinə çırpıldı – HADİSƏ ANI

Goranboydakı qəzanın baş vermə anının görüntüləri yayımlanıb.

 

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

Qoşqulu yük maşını idarəetmədən çıxaraq 3 maşına - iki "Mercedes" və "VAZ 21099" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində yol infrastrukturuna da ziyan dəyib.

 

Hadisə zamanı yüngül xəsarət alanlar olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv