Yük maşını yolda alışdı - GORANBOYDA

Goranboy rayonunda yük maşını yanıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Nadirkənd kəndi ərazisində qeydə alınıb.

Hərəkətə olan yük maşını alışıb. Əraziyə gələn yanğınsöndürənlər baş verə biləcək daha böyük təhlükənin qarşısını alıb. Nəqliyyat vasitəsi yararsız hala düşüb.

Yük maşınında tikinti materialları olub.
Səbəb araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv