Goranboyda yük maşınları toqquşdu, xəsarət alan var
Goranboyda iki yük maşını toqquşub.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Nizami kəndinin ərazisində baş verib.
Belə ki, Bakı şəhər sakini 56 yaşlı Muradxan Meydanov idarə etdiyi “Mersedec Benz Astros” markalı yük maşını ilə Gəncə istiqamətində hərəkədə olarkən Şəmkir rayon sakini 33 yaşlı İsmayıl Zalova məxsus mişar daşı ilə dolu olan “Kamaz”a çırpılıb.
Nəticədə Muradxan Meydanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir. Qəza zamanı mişar daşları yol dağılıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV